- Daha ətraflı
- Kursun məqsədi
- Kimlər üçün
- Tədris dili
Daha ətraflı
Müasir tikinti və yenidənqurma işlərində ağır texnikalar xüsusilə buldozerin rolu əvəzsizdir. Yolların tikintisi və ya bərpası lazım olan yerlərdə bu sahənin işçilərinə tələbat yüksəkdir. İş prosesində sürücü tikinti sahəsinin planını, xəndəklərin doldurulmasını, torpağın kəsilməsini həyata keçirir. Mütəxəssislərin işi təhlükəli və ya əlverişsiz şəraitdə; səs-küylü, tozlu mühitlərdədir, buna görə də işçi əla fiziki hazırlıq və dözümlülük, eləcə də bütün biliklərə lazımi peşəkar səviyyədə malik olmalıdır. Buldozerdə işləmək üçün iş sahəsi ilə tanış olmalı, həmçinin buldozer idarəsi üzrə təlimləri tamamlamalısınız.
Kursun məqsədi
Təlim prosesində iştirakçılar buldozerin quruluşu, texniki istismar qaydaları və istifadə olunan materialların xüsusiyyətləri ilə tanış olacaqlar. Təlimin məqsədi, iştirakçıları təhlükəsizlik qaydalarına riayət etməklə maşını sərbəst idarə edəcək, cari təmir işləri apara biləcək şəkildə hazırlamaqdır. Proqram təcrübəli müəllimlər tərəfindən tədris olunur və işin bütün incəlikləri ilə tanış edilir.
Kimlər üçün
Təlim, buldozer işçiləri, bu sahədə köməkçi və ya çalışmağı hədəfləyən hər bir şəxs üçün nəzərdə tutulmuşdur.
Tədris dili
-
Azərbaycanca