- Daha ətraflı
- Kursun məqsədi
- Kimlər üçün
- Tədris dili
Daha ətraflı
Elektrik montyorları elektrik sistemləri, avadanlıqları və onların nəzarəti, texniki baxımından cavabdeh, eyni zamanda bina və müəssisələrdə elektrik qurğuları, elektrik avadanlıqları üzrə ixtisaslaşmış olmalıdırlar. Bu kurs yalnız məlumatverici deyil, həm də elektrik sistemi təhlükəsizliyini təmin etmək üçün lazımi vacib detalların öyrədilməsini hədəfləyir.
Kursun məqsədi
Təlim proqramı, bütün əsas prinsipləri və iş anlayışlarını əhatə etmişdir. Məqsədimiz, müvafiq sahədə çalışan rəhbər və işçilərin təcrübəsini artırmaqdır. İştirakçılara elektrik dövrələrini və avtomatlaşdırma xətti sistemini qoşmaq, təmir etmək, elektrik dövrələrində gərginliyi ölçmək, elektrik maşınlarına dair xüsusiyyətləri, PLC rele-kontakt sxemininin proqramlaşdırılması və onunla çalışmağı öyrətmək hədəflənmişdir.
Kimlər üçün
Təlimlər elektrik sektorunda çalışan işçilər və ya elektrik texniki işləyən hər kəs üçün idealdır. Proqram elektrik sistemlərinin və avadanlıqlarından məsul olan, elektrik sistemləri, naqillərin necə aparılacağına dair əsaslı təlimə ehtiyacı olan mühəndislər, nəzarətçilər və digər texniki işçilər üçün də faydalı olacaqdır.
Tədris dili
-
Azərbaycanca