SƏTƏM

Səlahiyyətli qaz yoxlayıcısı

  • Daha ətraflı
  • Kursun məqsədi
  • Kimlər üçün
  • Tədris dili
Daha ətraflı

Qaz testinin öyrənilməsi iş yerində qaz sızıntılarının dəqiqləşdirilməsi, zəhərli və ya tez alışan qazların mövcudluğunun öyrənilməsi baxımından əhəmiyyətidir. Bununla təhlükə yarada biləcək halların qarşısını öncədən almaq mümkündür. Təlim iştirakçılara risklər və qəzaların qarşısının alınması barədə məlumat verməyə kömək edəcəkdir. Proqramın əhatə dairəsinə planlaşdırma, qaz testi və standartların öyrənilməsi daxildir. Təlim proqramı görülən işlərin təhlükəsizliyinin təmini, elektron test cihazlarından istifadə edərək iş atmosferini sınamaq üçün lazım olan bacarıq və bilikləri əhatə edir.

Kursun məqsədi

Proqram işçiləri qapalı məkanlarda qaz testləri aparmaq üçün biliklərə yiyələndirir və qapalı məkanda əlaqəli təhlükələr barədə məlumat verir. Təlimə qatılanlar həmçinin qaz ölçmə avadanlığı, qaz test nəticələrinin monitorinqi və sənədləşdirilməsi haqqında məlumat əldə edəcəklər.

Kimlər üçün

Təlim qaz nümunələrinin götürülməsi tələb olunan qapalı və müxtəlif iş sahələrində çalışan bütün işçi heyəti üçün tövsiyə olunur. Təlimdə öyrədiləcək biliklər, neft yataqları və boru kəmərləri kimi bir çox sənaye müəssisələri və ya istehsalat zavodlarında çalışan işçilər və işəgötürənlər üçün faydalı olacaqdır.

Tədris dili
  • Azərbaycanca Azərbaycanca
MÜRACİƏT ET

"Qaz testinin öyrənilməsi" təliminə elə indi müraciət et