- Daha ətraflı
- Kursun məqsədi
- Kimlər üçün
- Tədris dili
Daha ətraflı
Hündürlükdəki işlərə nərdivan, iş platforması, mobil qaldırıcılar, pilləkənlər və digər yüksəklikdə aparılan xidmətlər aiddir. Hündürlükdən düşmə iş yerində yaralanmaların ən çox görülən səbəblərindən biridir. Statistikaya əsasən, hündürlükdə iş zamanı görülən təhlükələr çalışanlar və digər insanlar üçün ciddi xəsarət və ölüm halları yaradır. Buna görə də, hündürlükdə iş görən hər kəsin təhlükəsiz, məsuliyyətli çalışması və işlərin aparılma qaydasına riayət etməsi vacibdir.
Kursun məqsədi
Təlim işəgötürənlərə və işçilərə hündürlükdə işləməklə əlaqəli riskləri aradan qaldırmaq və nəzarət tədbirlərini uğurla həyata keçirmək üçün lazım olan məlumatları təqdim edəcəkdir. Proqram effektiv risk nəzarəti və idarə edilməsi, hündürlükdə işləyərkən risk qiymətləndirilməsi, avadanlıqlardan təhlükəsiz istifadə və işçilərin hündürlükdən düşmə riskininin necə azaldılacağını əhatə edir. Həmçinin, hündürlükdə iş zamanı mühafizə texnikalarından istifadə də öyrədiləcək mövzulara daxildir.
Kimlər üçün
Təlim, hündürlükdə işləri həyata keçirən hər bir fərd üçün nəzərdə tutulmuşdur.
Tədris dili
-
Azərbaycanca