- Daha ətraflı
- Kursun məqsədi
- Kimlər üçün
- Tədris dili
Daha ətraflı
Təlim, layihənin bașlanması, planlașdırılması, icrası, monitorinqi və bağlanması kimi əsas aspektləri əhatə edən layihənin idarə edilməsinin əsas prinsiplərinə yönəlmișdir. İștirakçılar layihənin həyat dövrlərini, risklərin idarə edilməsini və maraqlı tərəflərlə ünsiyyətini təlim almaqdadırlar. Layihələrin və biznes proseslərinin effektiv idarə edilməsi güclü liderlik və əməkdașlıq bacarıqları tələb edir. Təlim, həmçinin əməkdașlığa əsaslanan iș mühiti yaratmaq üçün liderlik, komanda dinamikası və kommunikasiya strategiyalarının inkișafına diqqət yetirir.
Kursun məqsədi
Təlim, müxtəlif sahələrdə layihə idarəetmə bacarıqlarını, rollarını və məsuliyyətlərini, layihə və müxtəlif proqram idarəetmə metodologiyalarını, təşkilati quruluşu və etik normaların öyrədilməsini hədəfləmişdir. Təlim proqramı vaxtınızı və enerjinizi necə səmərəli idarə edəcəyinizi, lazımi texnologiyalarla tanışlıq və onlardan istifadə qaydası, kollektiv içərisində liderlik bacarıqları, planlama və riskin idarə edilməsi haqqındaki fikirləriniz və düzgün strategiya qurma bacarıqlarınızı inkişaf etdirəcəkdir. Proqrama aparıcı ekspert və metodoloqların təcrübəsi, fundamental və tətbiqi biliklər, texnoloji alətlərlər üzərində nəzəri biliklər daxildir.
Kimlər üçün
Təlim, layihə komandası ilə birlikdə çalışacaq işçilər, yeni bir layihəyə başlayacaq müəssisə işçiləri və rəhbərləri, əməyin qiymətləndirmə sistemini müəyyənləşdirən mütəxəssislər və ya layihə meneceri olmağı hədəfləyən işçilər üçün uyğundur.
Tədris dili
-
Azərbaycanca