- Daha ətraflı
- Kursun məqsədi
- Kimlər üçün
- Tədris dili
Daha ətraflı
İnsan həyatında ən önəmli məfhumlardan biri zamandır. Zaman keçdikcə günlərin, hətta ayların nə qədər tez keçdiyinin fərqinə varırıq. Buna görə bugünkü günün düzgün dəyərləndirilməsi gələcəyə birbaşa təsir edən addımdır. Unutmaq lazım deyil ki, bugün də dünənin sabahıdır. Vaxtın idarə edilməsi, müəyyən fəaliyyətlərə nə qədər zaman sərf edilməli olduğunu planlaşdırma və nəzarət prosesidir. Yaxşı vaxt idarəçiliyi sizə daha qısa müddətdə daha çox tapşırığı yerinə yetirməyə imkan verir və stresi azaldır. Hər bir tapşırığa nə qədər zaman ayırmalı olduğunuzu müəyyən etmək potensial problemləri baş verməzdən əvvəl görmənizə kömək edə bilər. Nə üçün əhəmiyyətlidir ? Müasir zamanda iş prosesi və gündəlik həyatda qarşılaşılan “məlumat çoxluğu” günlük iş prinsipində vaxtın bölünməsinə, işlərin ardıcıllıqla görülməsi və keyfiyyətinə təsir edir. Düzgün idarə edilən zaman bölgüsü hər iş prosedurunun müvafiq vaxt daxilində aparılmasına, artıq əmək sərfinin qarşısının alınmasına şərait yaradır.
Kursun məqsədi
Təlim proqramına vaxtın daha səmərəli idarəsi, işlərin bölünməsi, adi vaxt itkisi ilə mübarizə üsulları, iş mühitinin optimallaşdırılması kimi biliklər daxildir. Təlim, bir işçi olaraq iş yerində daha məhsuldar olmağınıza birbaşa təsir edəcəkdir.
Kimlər üçün
Təlim, liderlər, sahibkarlar, kiçik biznes sahibləri, eləcə də, hər bir sahədən olan çalışanlar üçün nəzərdə tutulmuşdur, onların iş həyatında məqsədlərinə daha tez çatmasına kömək edəcəkdir.
Tədris dili
-
Azərbaycanca