- Daha ətraflı
- Kursun məqsədi
- Kimlər üçün
- Tədris dili
Daha ətraflı
Praktik olaraq bütün sənaye sahələrində, tikintidə, nəqliyyatda və s. materialların, məhsulların, konstruksiyaların yüklənməsi zamanı avtokranlardan istifadə olunur.Tədris prosesində sənaye təhlükəsizliyinə və əməyin mühafizəsinə riayət edilməsinə xüsusi diqqət yetirilir və buna görə də xeyli sayda məşq saatı kranın təhlükəsiz istismarı təlimatları, yükləmə-boşaltma əməliyyatları aparılan zaman təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlı olmağa həsr olunur.
Kursun məqsədi
Proqram müddətində sənayenin bu sektoru, operatorun rolu və məsuliyyətləri haqqında biliklər əhatələnmişdir. Qaldırıcı və tərkib hissələri, konstruksiyası, idarəetmə haqqında məlumatlar, siqnallar və göstərişlər, qaldırıcının iş məhdudiyyətləri öyrədiləcək biliklər arasında yer almaqdadır. İstifadədən əvvəl və istifadə zamanı dayanıqlığın və hizalanmanın yoxlanılması, eləcə də qaldırıcının təhlükəsizliyi üzrə təlim məsələlərinin proqram sonuna qədər öyrədilməsi hədəflənmişdir.
Kimlər üçün
Təlim yükləmə-boşaltma əməliyyatları prosseslərində yaxından iştirak edən işçilər üçün yararlıdır. Qaldırıcıdan istifadə edərək ağır yüklü əşyaların qaldırılma və ya endirilməsi, sabitləşdirilməsi kimi əməliyyatları yerinə yetirən maşinist, maşinist köməkçiləri və sahə ilə əlaqəli bütün işçilər və işəgötürənlər üçün nəzərdə tutulmuşdur.
Tədris dili
-
Azərbaycanca