- Daha ətraflı
- Kursun məqsədi
- Kimlər üçün
- Tədris dili
Daha ətraflı
Yuyucu aqreqatın maşinisti, avtomobil və yaxud traktor şassisi üzərində qurulmuş yuyucu aqreqatlarla çalışan, istehsal və ya sənaye müəssisələrində müxtəlif hissələrin və avadanlığın təmiri, aqreqatların yuyulması ilə məşğul olan işçidir.
Kursun məqsədi
Təlimin məqsədi praktik iş üçün normativ və texniki sənədlərə uyğun olaraq istifadə edilən qurğuların təhlükəsiz istismarı və işlənməsinin öyrədilməsi, zəruri olan biliklərin inkişaf etdirilməsidir. Proqrama maşınların, avadanlıqların, yüksək və alçaq təzyiqli xətlər üzərində aparılan işlər və onların təmiri, yuyulması və kipliyə yoxlanılması, quyu dibi drenajının öyrənilməsi, kimyəvi reagentlərin, turşuların, qələvilərin fiziki-kimyəvi xüsusiyyətləri və sementləmə işləri haqqında biliklər daxildir.
Kimlər üçün
Təlim, işçilərin uğurlu iş və peşəkar bacarıqlarının, əmək bazarında rəqabət qabiliyyətinin artırılması üçün nəzərdə tutulmuşdur. Bacarıqlarını artıran mütəxəssislər bu təlim vasitəsi ilə çalışdığı müəssisənin imkanlarının genişləndirilməsində əhəmiyyətli rol oynayacaqdır.
Tədris dili
-
Azərbaycanca