DİGƏR

Stressin idarə edilməsi

  • Daha ətraflı
  • Kursun məqsədi
  • Kimlər üçün
  • Tədris dili
Daha ətraflı

Gündəlik həyatımızda qarşılaşdığımız risklər və gərgin hallar, qeyri-müəyyən faktorlar müəyyən bir an daxilində belə olsa stressli hiss etməmizə səbəb ola bilər. Son zamanların ən çox qarşılaşılan problemlərindən biri olmasına baxmayaraq stress, iş həyatı və müxtəlif fəaliyyətlərimizə təsir etməkdədir. Təlim, iştirakçılara stressin yönləndirilməsi, düzgün idarə etmə üsulları ilə vəziyyətdən çıxış yolunu daha tez görmə, həllin tətbiqi, emosional cəhətdən daha dayanıqlı olma xüsusiyyətlərini aşılayacaqdır.

Kursun məqsədi

Professional təlimçilər tərəfindən hazırlanmış proqramın əsas məqsədi, müasir təlim metodikalarından istifadə etməklə iş mühitində və gündəlik zamanda qarşılaşılan stressli situasiyalarla başa çıxmağın öyrənilməsidir. Təlim proqramına stressorların araşdırılması, neqativ düşüncələrin dəyişdirilməsi və idarə olunması, mənfi hallarda davranış metodları daxildir.

Kimlər üçün

Təlim, gərgin iş mühiti və ağır iş yükü ilə çalışan işçilər, iş mühitindəki gərginliyi azaltmaq istəyən işəgötürənlər, stress səviyyəsini idarə etmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.

Tədris dili
  • Azərbaycanca Azərbaycanca
MÜRACİƏT ET

"Stressin idarə edilməsi" təliminə elə indi müraciət et