NEFT-QAZ SAHƏSİ

Tornaçı

  • Daha ətraflı
  • Kursun məqsədi
  • Kimlər üçün
  • Tədris dili
Daha ətraflı

Tornaçı, əsasən metal emalı sənayesi qurğularında əməliyyatlar həyata keçirən, avadanlıqlara qulluq edən mütəxəssisdir. Tornaçı metal komponentlərin istehsalına və alətlərin, sənaye maşınlarının qurulması üçün onların yığılmasına cavabdehdir. Bu sahə üzrə mütəxəssislər dəqiq ölçmələrin aparılmasında, metal komponentlərin yığılması və hazır hissələri cilalanmasında ixtisaslaşmışdır. Xüsusi layihələrdə tələb olunan prosesləri ən səmərəli şəkildə yerinə yetirmək üçün montajın spesifikasiyasına hakim olmalıdırlar.

Kursun məqsədi

Təlim, tornaçı peşəsi üzrə işçilərin peşə hazırlığı və ixtisasartırması üçün nəzərdə tutulub. Proqrama eyni tipli dəzgahlar və iş prinsipləri, çertyojların oxunma qaydaları, torna dəzgahının istifadəsi, qurğuların texniki xidmət təlimatları daxildir.

Kimlər üçün

Yaxşı mütəxəssis nə qədər yüksək ixtisasa malik olarsa, əmək bazarında ona tələb bir o qədər artar. Təlim, tornaçı təhsili olmayan şəxslər, bacarıqlarını artırmaq istəyən peşəkar tornaçılar və bu sahə ilə bağlı təhsil alan işçilər üçün nəzərdə tutulmuşdur.

Tədris dili
  • Azərbaycanca Azərbaycanca
MÜRACİƏT ET

"Tornaçı" təliminə elə indi müraciət edin