- Daha ətraflı
- Kursun məqsədi
- Kimlər üçün
- Tədris dili
Daha ətraflı
Neft və qaz operatorları xam neft və təmizlənməmiş qazı yeraltı və ya dəniz, okean dibindəki dərinliklərindən yer səthinə çatdırmaq üçün mürəkkəb qazma layihələri həyata keçirən dahi mexaniklərdir. Neft və qaz hasilatı sahəsində biliklərini genişləndirməkdə maraqlı olan bütün mütəxəssislər üçün bu təlim maraqlı olacaqdır.
Kursun məqsədi
Neft və qaz sahəsində karyera qurmaq istəyən mütəxəssislər üçün hazırlanmış maraqlı və interaktiv bu təlim, neft və qaz yataqlarının göstəriciləri, yataqların rejimləri, işlənməsi və tədqiqinin, quyuların təmiri, qazılması və eyni sahə üzrə texnika və texnologiyalarla işləmə bacarığının, xidmət edilən nəzarət-ölçü cihazlarının, aparatların, avtomatika və telemexanika vasitələrinin, elektrotexniki qurğuların, mədən elektrik avadanlıqlarının işləmə qaydaları və iş prinsipləri öyrədilməsi, neft-mədən avadanlığının fasiləsiz işinə nəzarətin təmin edilməsi, qurğuların, mexanizmlərin, kommunikasiyaların və yerüstü mədən avadanlığının təmirə hazırlanması üçün təcrid etmə və təcriddən azad edilməsi sistemini əhatə etməkdədir.
Kimlər üçün
Bu proqram iştirakçılara neft və qaz hasilatı sahəsində karyera qurmaq üçün lazım olan bilikləri vermək məqsədi daşıyır. Bunlar həm operatorlar, həm də istehsal şöbəsinin işçiləri (neft emalı sənayesində çalışan layihə menecerləri, qaz zavodlarının rəhbərləri, mühəndislər, operatorlar və digərləri) ola bilər.
Tədris dili
-
Azərbaycanca