NEFT-QAZ SAHƏSİ

Quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator

  • Daha ətraflı
  • Kursun məqsədi
  • Kimlər üçün
  • Tədris dili
Daha ətraflı

Quyuların texniki vəziyyətini müəyyənləşdirmək üçün diaqnostik işlərin aparılması, yeraltı təmir üçün avadanlıqların hazırlanması, aqreqatın yerinin dəyişdirilməsi, quyuda qurulması və mərkəzləşdirilməsi, boru kəmərlərinin, nasos qurğularının, armaturların quraşdırılması və s. işlərini yerinə yetirən mütəxəssislər quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operatorlardır. Bu baxımdan işçilər kimyəvi maddələr və gilli məhlullar, avadanlıqlar, nəzarət edici cihazlar, kran, tal blok kimi alətlər, yükləmə-boşaltma işləri, təhlükəsizlik qaydaları və standartlar haqqında məlumatlı olmalıdır.

Kursun məqsədi

Təlimin məqsədi quyuların əsaslı və yeraltı təmiri texnologiyası, sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və ətraf mühitin qorunması tələblərinə uyğun olaraq əsaslı və yeraltı təmir zamanı istifadə olunan avadanlıq və qurğuların məqsədi və növləri barədə lazımi nəzəri biliklər əldə etməkdir. Proqram, iştirakçılara peşə üzrə lazımlı əsas mövzular (quyuların yuma, qazma, təmiri işlərində istifadə olunan alət, boru stellajları və borular, atqıya qarşı, quyuağzı avadanlıqların təyinatı, nəzarət və normalar və s.) haqqında biliklərin öyrədilməsini hədəfləmişdir.

Kimlər üçün

Quyuların əsaslı və yeraltı təmirə hazırlanması üçün operator peşəsi davamlı fiziki fəaliyyəti əhatə edir. Təlim, bacarıqlarını artırmaq istəyən işçilər, həmçinin, neft və qaz hasilatı sahəsində işləmək istəyən, mürəkkəb avadanlıqlarla işləmək bacarığı və texniki düşüncəyə malik hər bir fərd üçün nəzərdə tutulmuşdur.

Tədris dili
  • Azərbaycanca Azərbaycanca
MÜRACİƏT ET

"Quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator" təliminə elə indi müraciət et