- Daha ətraflı
- Kursun məqsədi
- Kimlər üçün
- Tədris dili
Daha ətraflı
İnsanlara, ətraf mühitə, mülkiyyətə ziyan vurmamaq, təhlükəli halların qarşısını almaq prinsiplərinə əsaslanan SƏTƏM təlimatlarının tədrisi, hər bir müəssisə mülkiyyətçisi, işəgötürən tərəfindən təmin olunmalıdır. Sahədə uğurlu olmaq istəyən şəxslər ilk öncə qanunvericiliyin tələblərini və beynəlxalq standartları bilməli, öhdəlikləri qarşılamalıdırlar. Proqram, bütün təlimatları ümumiləşdirmiş və ətraflı şəkildə təmin edərək bu sahədə karyeranızın yüksəlməsinə kömək olacaqdır. Əməyin mühafizəsi sahəsində yerli və beynəlxalq standartların tələblərini öyrənmək istəyirsinizsə proqrama qatıla bilərsiniz. Təlim, işçilərinizin əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində səriştəsinin artırılmasına öz töhfəsini verəcəkdir.
Kursun məqsədi
Proqram SƏTƏM standartları və qaydalarının, idarəetmə sisteminin öyrədilməsi, təhlükəsiz iş yerinin təmin olunması, risklərin azaldılması, hadisələrin və növlərinin araşdırılması, fövqəladə hallar zamanı görüləcək tədbirləri əhatələməkdədir
Kimlər üçün
SƏTƏM sahəsində nəzəri və praktiki bilik/bacarıqlar əldə etmək istəyən hər bir işçi təlimə qatıla bilər. Təlim, inşaat, ofis, sənaye, neft-qaz sahəsində çalışan hər kəs üçün nəzərdə tutulmuşdur.
Tədris dili
-
Azərbaycanca