- Daha ətraflı
- Kursun məqsədi
- Kimlər üçün
- Tədris dili
Daha ətraflı
Hər hansı bir müəssisədə istehsal prosesində iştirak edən maşınların, mexanizmlərin və digər avadanlıqların istismarı, planlı və cari təmiri ilə məşğul olan təmirçi və ya qrupları mövcuddur. Təmirçilər bölmələrin texniki diaqnostikasını, köhnəlmiş hissələrin yoxlanılması, tənzimlənməsi və dəyişdirilməsini həyata keçirirlər. Çilingər peşəsi, istehsalın istənilən mərhələsində tələb olunur, buna görə də, fərqli texnika növlərinin montajı, təmir və istismarı üzrə biliklər tələb edir. Çilingər xidmətləri, avto nəqliyyat, mexaniki montaj, telekommunikasiya və elektrik sistemlərində nasazlıqların aradan qaldırılması işlərini əhatə edir
Kursun məqsədi
Təlim, təmirçi-çilingər ixtisası üzrə bilikləri yeniləmək və genişləndirmək, sahə üzrə ixtisas almaq üçün nəzərdə tutulmuşdur. Təlim proqramı istehsal fəaliyyətinin xüsusiyyətlərini nəzərə alaraq lazımi bilikləri özündə cəmləşdirir.
Kimlər üçün
Təlim, təmirçi-çilingər ixtisası üzrə işləmək və ya ixtisasını artırmaq istəyən hər bir sənaye çalışanları üçün nəzərdə tutulmuşdur.
Tədris dili
-
Azərbaycanca