- Daha ətraflı
- Kursun məqsədi
- Kimlər üçün
- Tədris dili
Daha ətraflı
Təhlükə zamanı bacarıqlar və rasional düşüncə riskin yaratdığı həyəcan ilə lazımi olduğu qədər aktiv olmur. Lakin öncədən bu kimi hallara qarşı hazırlıq risk anında daha asan yönləndirmə yaradır və həmin anda reaksiya verib həll yolu tapmağa vadar edir. Bu təlim, fövqəladə vəziyyətdə hansı vəzifə və öhdəliklərə sahib olduğumuzu, təhlükəli maddələri və onların risklərini, müəssisədəki təhlükəsizlik və nəzarət də daxil olmaqla təcili yardım xidmətinin rolunu anlamağa kömək edəcəkdir.
Kursun məqsədi
Təlim normativ sənədlər əsasında, yerli və beynəlxalq standartların tələblərinə uyğun olaraq hazırlanmışdır. Yanğın təhlükəsizliyi haqqında qanunvericiliyə əsasən, bu sahədə müəssisə və vətəndaşların öhdəlikləri mövcuddur və hər bir müəssisə bu kimi fövqəladə hallara qarşı hazır olması üçün müəyyən tələb və prosedurlara cavab verməlidir. Bu baxımdan, yanğın təhlükəsizliyinin təmin edilməsi, sistemi və təhlükəsizlik tədbirlərinin öyrədilməsi proqramın əsasını təşkil edəcəkdir. Yanan materialları və alovlanma növlərini, yanğının xüsusiyyətləri, yaranan yanğına əməliyyat planının vaxtında tətbiqi ilə reaksiya haqqında biliklərə, eyni zamanda özünü xilasetmə üsullarına da təlim sonunda sahiblənmiş olacaqsınız.
Kimlər üçün
Təlim yanğınsöndürənlərə yanğın yerində bacarıqlarını təkmilləşdirmək üçün təhlükəsiz təcrübə təqdim etmək, istənilən sektorda, şirkətdə, quruda və ya dənizdə neft və qaz obyektlərində iş görən və ya ola biləcək ehtimallara qarşı hazırlanan bütün işçilər üçün nəzərdə tutulmuşdur. Proqram, təcili yardım işçilərini hadisə baş verdikdə təhlükəli maddələrin və həmin anda riskin nə olduğunu anlamaq üçün bilik və bacarıqla təmin edəcək. Eyni zamanda müəssisələrdə həyata keçirilməli olan ilkin təhlükəsizlik əməliyyatlarını təyin etmək üçün lazım olan məlumatları verəcəkdir.
Tədris dili
-
Azərbaycanca