NEFT-QAZ SAHƏSİ

Yol-tikinti maşın və traktorlarının təmiri üzrə çilingər

  • Daha ətraflı
  • Kursun məqsədi
  • Kimlər üçün
  • Tədris dili
Daha ətraflı

Bu peşənin mütəxəssisləri yol-tikinti maşın və traktorların mürəkkəb aqreqat və qovşaqlarının təmiri, yığılması, tənzimlənməsi, stendlər və şassi üzərində sınağı və nizamlanması, həmçinin, nəzarəti ilə məşğul olur. Buna görə xüsusi cihazlar və elektrik avadanlıqlarla çalışma, nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması kimi təcrübə tələb etməkdədir.

Kursun məqsədi

Proqrama traktor aqreqatlarının və elektrik avadanlıqlarının, müxtəlif markalı yol-tikinti maşını və traktorların konstruktiv xüsusiyyətləri, təmiri, yoxlanılması ilə bağlı texniki şərtlərin, sınaq metodikası və rejimlərinin öyrədilməsi daxildir. Təlim, sahə üzrə kvalitetlər və nahamarlıq parametrlərini, mayelərin, yağ, yanacağın və texniki alətlərin təyinatı və tətbiqi haqqında məlumatları əhatələmişdir.

Kimlər üçün

Təlim, bu sahə üzrə bilik və təcrübəsini artırmaq istəyən işçilər və çalışmağı hədəfləyən şəxslər üçün nəzərdə tutulmuşdur.

Tədris dili
  • Azərbaycanca Azərbaycanca
MÜRACİƏT ET

"Yol-tikinti maşın və traktorlarının təmiri üzrə çilingər" təliminə elə indi müraciət et